28 iyun 2011 01:42
Ziya Doğan Bakıya gələ bilər
Makedoniya Futbol Federasiyası bu ölkənin yığmasına baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Mirsad Yonuzun istefasından sonra başsız qalan Makedoniya millisini kimin çalışdıracağı hələ də dəqiqləşməyib.
Son günlərə kimi yerli mətbuat bu posta iki əsas namizədin olduğunu qeyd edirdi. Bunlardan biri vaxtilə milli komandamızı da çalışdırmış “Bakı” və “Simurq”un sabiq baş məşqçisi Qyoko Haciyevskiydisə, digəri də Sedomir Yanevskidi.
Lakin artıq bu posta namizədləri sayı artmağa başlayıb. Belə ki, siyahıya türkiyəli mütəxəssis Ziya Doğan da daxil edilib. Onun sabah danışıqlar aparmaq üçün Skopyeyə gələcəyi bildirilir.
Maraq üçün qeyd edək ki, Makedoniya millisi avqustun 10-da Bakıa millimizlə yoldaşlıq oyunu keçirəcək.
