28 iyun 2011 14:07
XL Joao Pinto üçün 150 000 avro xərcə düşəcək
Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” Kiprin “Olympiacos” klubunun (Nikosiya) hücumçusu Joao Paolo Pintonu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi bu futbolçu üçün müəyyən xərcə düşəcək.
Belə ki, kiprlilər öz hücumçusunu Azərbaycan klubuna havayı buraxmaq istərmirlər. Onlar bu keçidə görə “Xəzər Lənkəran”dan 150 min avro tələb edirlər.
Qeyd edək ki, “Xəzər Lənkəran” artıq Pinto ilə bütün detallarda razılıq əldə edib və futbolçu hazırda komandamızın Avstriya toplanışında iştirak edir. Onunla yaxın günlərdə müqavilə imzalanması gözlənilir.
