28 iyun 2011 02:00

Uinston Parks: Bunun üçün əlimdən gələni edəcəyəm

Xəbər verdiyimiz kimi, "Bakı" yerli futbolçular Elvin Məmmədov, Elvin Əliyev və Novruz Məmmədovun ardınca Uinston Parksla 2 illik müqavilə imzaladı. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın yeni transferi, Kosta-Rika milli komandasının üzvü, “Xəzər Lənkəran”ın sabiq oyunçusu “Bakı”ya keçidi və yeni mövsümdə qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayıb: 
 
“Bakı” yaxşı təşkil olunmuş klubdu. İlk dəfə bura gələndə futbol oynamaq üçün ideal şərait yaradıldığının şahidi oldum. Görünür ki, burada futbolçulara qayğı göstərilir və xüsusi diqqət yetirilir. Yaradılmış şəraiti görən hər bir futbolçu üçün “Bakı”da oynamaq əlavə zövq mənbəyidi.
 
Kluba yeni gəlmiş bir futbolçu kimi mənim də müəyyən çətinliklərim var. Hər məşqdən sonra komandama daha çox öyrəşməyə başlayıram. İnanıram ki, tez bir zamanda uyğunlaşma dövrünü bitirib, qarşıdan gələn mövsümdə yeni komandamla uğurlara imza atacağam.
 
İlkin vəzifə olaraq gələn mövsüm “Bakı” ilə kubok və çempionluğu qazanmaq istəyirəm. Bura gəlmişəmsə, kluba xeyr verməliyəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Əsas məqsəd kuboku və çempion titulunu qazanmaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.