28 iyun 2011 14:34
Arşavin: Ən maraqlı təəssüratım azərbaycanca rəqs etməyimlə bağlıdı
Rusiya yığmasının kapitanı Andrey Arşavin Azərbaycana səfəri ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- Andrey, ondan başlayaq ki, sizin Bakıya gəlişiniz çoxsaylı şayiələrə yol açıb, guya siz klublarımızdan hansıylasa danışıqlar aparırsız...
- Xeyr, Azərbaycan klublarıyla heç bir danışıq aparmıram. Sadəcə Bakıdakı dostlarım məni bura istirahət etməyə çağırıblar.
- Siz bu iki gündə artıq Azərbaycan toyunda olmusuz, çimərlikdə qaralmısız, yaxtada olmusuz, Qəbələyə getmisiz. Daha çox nə yadınızda qalıb?
- Toyda məni Azərbaycan musiqisini oynamağa məcbur etdilər. Mən ümumiyyətlə rəqs etməyi o qədər də xoşlamıram. Ümumiyyətlə, bunu bacardığımı da deyə bilmərəm.
- Toyda məni Azərbaycan musiqisini oynamağa məcbur etdilər. Mən ümumiyyətlə rəqs etməyi o qədər də xoşlamıram. Ümumiyyətlə, bunu bacardığımı da deyə bilmərəm.
- Bəs niyə razılaşdınız?
- Bəs bəylə gəlini məyus etmək olardımı? Bax buna görə də imtina edə bilmədim. Şən alındı.
- Bəs bəylə gəlini məyus etmək olardımı? Bax buna görə də imtina edə bilmədim. Şən alındı.
- “Bu sadəcə turistik səfər olacaq”. İki il öncə Azərbaycana səfər öncəsi bunları demişdiz. Özü də Rusiya yığmasının üzvü kimi. Amma deyəsən həmin arzunuzu bu dəfə həyata keçirirsiz...
- (gülür) Demək olar ki, elədi. Amma elə o səfərimiz də turistik xarakter daşıyırdı.
- Yeri gəlmişkən, o vaxt sizin bu sözləriniz Bakıda birmənalı qarşılanmamışdı...
- Niyə ki, başa düşmürəm? Mən ki heç kimi təhqir etməmişdim.
- O zaman Azərbaycan yığması necə görünürdü?
- Döyüşkən komandaydı, doğma azarkeşlərinin gözü qarşısında bizi məğlub etmək istəyirdi. Amma təəssüf ki, biz Bakıdan heç-heçə ilə qayıtdıq. Oyunçulara gəlincə, şəxsən mənim yadımda daha çox Vaqif Cavadov qalıb.

- Onunla siz hətta fotosessiyaya da çəkilmisiz...
- Bəli. Amma bildiyimi qədərilə hazırda onun işləri elə də qaydasında getmir.
- Belədi. Bəs siz ona nə məsləhət görərdiniz?
- İşləmək, işləmək, yenə də işləmək. Əsas heyətə düşmək üçün başqa metod sadəcə yoxdu.
- Londonda sevimli yeriniz var?
- Bəli, Recens-park.
- Bəli, Recens-park.
- Amma Hyde Park daha tanınmış deyilmi?
- O da gözəl yerdi. Amma ora mənim qaldığım evdən çox uzaqdadı.
- O da gözəl yerdi. Amma ora mənim qaldığım evdən çox uzaqdadı.
- Siz London “Arsenal”ında heç də əsas heyətin daimi üzvlərindən deyilsiz. Bu üzdən də “Zenit”ə qayıdacağınız barədə xəbərlər yayılmaqdadı.
- Bunlar hamısı şayiələrdi.
- Ola bilər ki, bu Azərbaycan səfəri sizdə karyeranızı məhz bimiz ölkədə bitirmək fikri oyatsın?
- Bu haqda yalnız karyeramı bitirmək zamanı gələndə düşünə bilərəm. Amma indi xoşbəxtlikdən hələ belə fikrim yoxdu. Ümid edirəm ki, hələ daha bir neçə il bu barədə düşünməyəcəm.
- Bu haqda yalnız karyeramı bitirmək zamanı gələndə düşünə bilərəm. Amma indi xoşbəxtlikdən hələ belə fikrim yoxdu. Ümid edirəm ki, hələ daha bir neçə il bu barədə düşünməyəcəm.
- Sonda Azərbaycanla bağlı təəssüratlarınızı və məsləhətlərinizi bilmək istərdik...
- Mən Azərbaycanda daha çox Bakını gördüm. Ölkəniz haqda çox şey öyrəndim. İndi bundan sonra vətənimdə də deyəcəm ki, Azərbaycan necə əsrarəngiz ölkədi. Burda hər zaman sənə kömək etməyə hazır olan insanlar var. Şübhəsiz, bu, sizin ölkənin əsas məziyyətidi. Amma ən maraqlı təəssüratım qoy elə mənim azərbaycanca rəqs etməyim qalsın (gülür).