28 iyun 2011 15:31
Xəzər Lənkəran`ın oyunu ləğv olundu
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Lənkəranın “Xəzər Lənkəran” futbol klubu növbəti yoldaşlıq görüşünü keçirməli idi. Azerisport.az xəbər verir ki, Avropa Liqasına hazırlaşan ölkə kubokunun qalibi Avstriyada baş tutması gözlənilən yoldaşlıq görüşündə Kosovanın “Trepca” klubu ilə qarşılaşacaqdı
Lakin həmin oyun ləğv olunub. Belə ki, "Xəzər Lənkəran" Kosovo "Trepca"sı ilə oynamayacaq.
Buna səbəb siyasi məsələlərdi. Qeyd edək ki, Azərbaycan hökuməti Kosovanı müstəqil dövlət olaraq tanımır və onu Serbiyanın tərkibi kimi qəbul edir.
Bu yoldaşlıq görüşünün Azərbaycanın xarici siyasətinə uyğun olmadığı nəzərə alınaraq belə bir qərar qəbul olunub. Xarici İşlər Nazirliyindən bildirilib ki, onların məsələyə müdaxiləsindən sonra “Xəzər Lənkəran” futbol klubu ilə Kosovanın “Trepca” klubunun oyunu ləğv olunub. Oyunun ləğv edilməsi xəbəri “Xəzər Lənkəran” klubu tərəfindən rəsmən təsdiqlənib.
