28 iyun 2011 15:43
Neftçi`nin rəqibindən daha bir qələbə
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu bu gün yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisi Slovakiyanın “Ruzomberok” klubu ilə qarşılaşıb.
Qarşılaşma “Neftçi”nin rəqibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqreblilərin heyətində öncə 47-ci dəqiqədə Vrsaljko fərqlənib. 56-cı dəqiqədə isə slovakiyalıların oyunçusu avtoqola imza atıb. Beləcə, zaqreblilər bu sınaq matçında da üzüağ çıxıblar.
Qeyd edək ki, “Dinamo” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Kelava (Lonçariç, 60), Vrsaljko (Tomeçak, 60), Tonel (Ademi, 54), Kufre (Vida, 60), İbanes (Paliç, 60), Leko (Kalello, 60), Badelj (Çaqo, 60), Alispahiç (Şitum, 60), Sammir (Kovaçiç, 45), Beqiray (Silvestr, 60), Krstanoviç (Rukavina, 60).
“Dinamo” bir neçə gün öncə “Slavia” ilə də qarşılaşmışdı və 5:0 hesablı darmadağına imza atmışdı.
