28 iyun 2011 16:24
Xəzər Lənkəran`da növbəti rumıniyalı (FOTO)
"Xəzər Lənkəran" daha bir rumın futbolçu transfer edə bilər. Azerisport.az xəbər verir ki, Mirça Rednik "Panduri" klubunun yarımmüdafiəçisi Florin Hidişanı baxışa çağırıb.
Bir neçə gün baxışdan keçəcək futbolçu ilə bağlı qərar məhz bundan sonra veriləcək. Qeyd edək ki, 28 yaşlı Hidişan indiyə qədər ISCT (2002-2003, 21 oyun, 1 qol), “Internaţional” (2002-2003, 12 oyun), “Argeş Piteşti” (2003-2004, 4 oyun), “Otopeni” (2004-2006, 39 oyun, 5 qol), “Braşov” (2006, 10 oyun, 1 qol) və “Arad” klublarında (2006-2008, 55 oyun, 4 qol) top qovub. Son klubu isə “Panduri” olan Florin 2009-cu ildən çıxış etdiyi bu komanda ilə 24 oyun keçirərək, 1 qol sevinci yaşayıb.
Qeyd edək ki, sağ cinah yarımmüdafiəçisi olan Hidişan 1982-ci il təvəllüdlüdü. Hazırda o, Lənkəran klubunun Avstriyadakı düşərgəsindədi.
