28 iyun 2011 16:41
“Neftçi ilə oyunda işimiz asan olmayacaq”
Xorvatiyanın “Dinamo” klubunun müdafiəçisi Domaqoy Vida UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu “Neftçi”ni dəyərləndirib. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçusu təmsilçimizlə görüşlərdə az çətinlik çəkməyəcəklərini qeyd edib:
“Mümkün rəqiblərimizin içindəki ən çətini ilə üz-üzə gələcəyik. Amma hər halda bizim də öz məqsədlərimiz var. Bu üzdən motivasiyamız yüksəkdi. Buna görə də “Neftçi” ilə oyunlara yaxşı hazırlaşmalıyıq. İşimizin asan olmayacağını düşünürəm”.