28 iyun 2011 17:02

Mirça Rednik: İrəliyə baxmaq və nikbin olmaq lazımdı

Azerisport.az sizi ölkəmizi Avropa Liqasında təmsil edəcək Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin müsahibəsi ilə tanış edir.
 
- Komandanın heyəti avroliqanın oyununa qədər tam formalaşa biləcəkmi, vaxt qıtlığı buna mane olmayacaq ki?
- Təbii ki, vaxtımız azdı, amma gecə-gündüz calışırıq, həm məşqlərdə, həm də yeni oyunçuların komandaya dəvətiylə bağlı. Özünüz də bilirsiniz ki, bizə rəqib olan "Maccabi" həqiqətən güclü komandadı. Avropada tanınır, müntəzəm olaraq avrokuboklarda cıxış edir. Biz də boş oturmuruq. Bəzən elə gün olur ki, heç yatmağa vaxtım olmur. Ümid edirəm ki, sonda zəhmətimiz bəhrəsini verəcək.
 
- Uinston Parksı elə siz ölkəmizə gətirmisiniz, onun gedişindən sonra belə səviyyəli futbolçunu komandaya gətirməyi düşünürsünüzmü?
- Bildiyiniz kimi, avrokuboklarda praktiki olaraq zəif rəqib yoxdu. Bunun üçün heyətimizə güclü oyunçular dəvət etmək məcburiyyətindəyik. Düşünürəm ki, yeni gələn oyunçular Parksı layiqincə əvəz edə biləcəklər, hətta ondan da uğurlu cixış edib onu unutduracaqlar.
 
- Manuel Skarlatake kimi səviyyəli mərkəz müdafiçəsini komandaya dəvət etmək fikriniz varmı?
- Əlbəttə, uğurulu çıxış etmək üçün hər bir mövqedə güclü oyunçular olmalıdı. Biz də çalışırıq ki, heyətdəki zəif mövqeləri gücləndirək, eyni zamanda da müdafiə xəttini.
 
- Avroliqa öncəsi komandaya neçə futbolçu və hansı mövqelərə gətirmək fikriniz var?
- Komandada rəqabəti gücləndirmək üçün əksər mövqələrə oyunçu dəvət edirik. Bir neçə variantlar var. Qarşidakı günlərdə Braziliya, Hollandiya və İspaniyadan oyunçular komandaya qoşulmalıdı.
 
- Tosin Dosunmu və Marius Onofraş 30 yaşı keçib. Növbəti transferlər gənc futbolçular olacaq yoxsa 30-yaş və daha yuxarı?
- Bilirsiz, avrokuboklarda uğur qazanmaq üçün heyətində təcrübəli futbolçular olmalıdı. Məhz buna görə avroturnirlərdə oynamış futbolçulara ehtiyac var. Nisbətən gənc və Avropa təcrübəsi olan futbolçuları Azərbaycana gətirmək üçün razı salmaq heç də asan deyil. Komandaya qoşulacaq yeni oyunçular arasında nisbətən gənc futbolçular da olacaq. Gənc və təcrübəlilərin vəhdətindən rəqabətə davamlı komanda yaratmağa calışacağıq.
 
- Adrian Pitin yubanmasına səbəb nədi?
- Onun özüylə də, meneceriylə də danışmışam. Sabah ya da birisigün komandaya goşulması gözlənilir. Bəzi həll olunası məsələlər var, ümid edirəm ki, komanda rəhbərliyi bunu yoluna qoyacaq.
 
- Komandaya Vobay kimi 1 yarımmüdafiəçi də lazımdı. Sizin fikriniz nədi?
- Mən də sizinlə razıyam, yuxarıda qeyd etdiyim kimi, Braziliya, Hollandiya və İspaniyadan gələcək futbolçular məhz Vobay tipli oyunçulardı.
 
- Komandada Lənkəranlı gənc futbolçulara yeni mövsümdə yer veriləcəkmi?
- Mən də komandada yerli futbolçuların olmasını çox istərdim. Amma təəssüf ki, hələ əsas komandaya yüksəlmək səviyyəsində futbolçu yoxdu. Klub rəhbərliyi gördüyüm qədəriylə uşaq futbolunun inkişafı üçün calışır.Hər şey planlı şəkildə həyata keçirilərsə garşıdakı 2-3 ildə heyətdə yerli futbolçu görə bilərik.
 
- Xəbəriniz varmı, "Xəzər Lənkəran" Avropa Liqasında qara zolaqdadı? İnanırsımızmı ki, komandanı qara zolaqdan çıxara bilərsiz?
- Baxmayaraq ki, rəqibimiz çox güclüdü, bu uğursuz seriyaya nəhayət son qoya biləcəyimizə inanıram.
 
- Adrian Mutunu "Xəzər Lənkəran"a gətirmək mümkündü?
- İndi bu bir az mümkünsüz görünür. Bəlkə də bir neçə ildən sonra onun Azərbaycana gəlişi baş tuta bilər. Hazırda isə onu heyətində görmək istəyən klub böyük məbləğdə xərcə düşməlidi.
 
- Komandada pleymekr problemi var. Siz bu problemi bu dəfə həll etməyi düşünürsünüzmü?
- Əlbəttə, həmin mövqedə də yeni oyunçumuz olacaq.
 
- Emeka Oparaya komandada ehtiyac varmı?
- Oyunun taleyini dəyişə biləcək futbolçu olmasa da, hər halda komandaya xeyri dəyir.
 
- "Maccabi"nin casusları komandanın oyununu izləyirsə, siz də İsrail klubunun oyununu ilzəməyə nümayəndə göndərirsinizmi?
- Hələ yox, amma onların növbəti yoxlama oyunlarını hökmən izləmək fikrimiz var.
 
- Parksı ölkəmizə siz gətirmisiniz. Onun digər klubla danışıqlar apardığından məlumatınız var idimi? Var idisə, tədbir görməməklə hansı nüansları nəzərə almışdınız?
- Parks yaxşı futbolçudu. Keçən mövsümü uğurlu başa vurmaqda bizə koməyi dəydiyi üçün ona təşəkkür edirik. Amma təəssüf ki, o maddi cəhətdən özünə daha sərfəli variantı seçdi. Bu haqda daha çox danışmaq istəməzdim. Artıq nəyisə dəyişmək gecdi. İrəliyə baxmaq və nikbin olmaq lazımdı. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
 
Mənbə: 12-ci oyunçu

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.