28 iyun 2011 17:33
Berti Foqtsun köməkçisi klub prezidenti olur
Azərbaycan yığmasının məşqçilər korpusunda yer alan Uli Ştayn komandamızla yollarını ayrıa bilər. Azerisport.az xəbər verir ki, millimizdə qapıçılarla işləyən qapıçı funksiyasını yerinə yetirən bu məşqçi öz ölkəsində klub rəhbəri ola bilər.
Belə ki, Almaniya mətbuatı onun “Arminia” klubunun prezidenti postuna əsas namizədlərdən olduğunu iddia edir. Məsələ burasındadı ki, Bilefeld təmsilçisinin sabiq prezidenti olan Volfqanq Brinkman bu yaxınlarda bütün köməkçiləriylə birgə istefaya gedib. Bu üzdən də “Arminia”nın yeni rəhbərliyinin formalaşması gözlənilir.
Millimizin çalışdırıcısının ikinci Bundesliqada çıxış edən bu klubun prezidenti olub-olmayacağı hələlik dəqiq bilinmir.
