28 iyun 2011 17:48
AFFA rəhbərliyi də Arşavini qəbul etdi (FOTO)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov hazırda ölkəmizdə səfərdə olan Rusiya milli komandasının və İngiltərənin “Arsenal” klubunun üzvü Andrey Arşavinlə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə futbolla bağlı maraqlı fikir mübadiləsi aparılıb.
Tanınmış futbolçu Azərbaycan fubolunun 100 illik yubileyi münasibətilə ölkəmizin futbol ictimaiyyətini təbrik edərək, xoş arzularını bildirib. E.Məmmədov üzərində Azərbaycan futbolunun 100 illik yubileyini əks etdirən ornamentlər toxunmuş xalçanı A.Arşavinə hədiyyə edib.
