28 iyun 2011 18:16

Deyvidas Çesnauskis: Azərbaycana gəlməyin əleyhinə deyiləm

Litva yığmasının və Yunanıstanın “Aris” klubunun yarımmüdafiəçisi Deyvidas Çesnauskis azerisport.az saytına müsahibəsində “Bakı”ya keçmək perspektivindən danışıb.
 
- Azərbaycan “Bakı” klubuna keçəcəyinizə dair xəbərlər yayılmaqdadı. Bunlar nə dərəcədə doğrudu?
- Mən hələ heç yerə keçməyə hazırlaşmıram. Məsələ burasındadı ki, mənim Yunanıstan klubuyla iki illik müqaviləm var.
 
- Bəs elə isə bu şayiələr hardan qaynaqlanır?
- Mümkündü ki, hər şey agentlər səviyyəsində həll olunsun.
 
- Deməli, təklif almısız?
- Şəxsən mənə təklif irəli sürülməyib. Amma menecerimlə danışıqlar aparılır. Hələlik konkret heç nə yoxdu.
 
- Bəs belə bir variant olsa, sizin üçün nə dərəcədə maraqlı olar?
- Əgər sərfəli təklif olarsa, niyə də olmasın? Amma hələ mənim klubumla problemi yoluna qoymaq lazımdı.
 
- Bəs Azərbaycan futbolu və çempionatı haqda hansısa informasiyanız varmı?
- Litvadan olan Robertas Poşkusu və digər legionerləri tanıyıram. Nələrsə bilirəm, amma özüm nəsə görməmişəm. Azərbaycan futbolunun son illər inkişafda olduğundan da xəbərim var. Əlbəttə, mən də Azərbaycana gəlməyin əleyhinə deyiləm və məmnuniyyətlə sizin çempionatda top qovaram.
 
- Bu çərşənbə axşamı Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Litva “Banga”sıyla üz-üzə gələcək? Nə gözləyirsiz?
- Cavab vermək çətindi. Əlbəttə, “Banga”nın qələbəsini görmək istərdim. Axı bu, Litva komandasıdı (gülür). Sadəcə, fikrimcə, “Qarabağ” daha güclüdü. Üstəlik Azərbaycanda mövsümlərarası fasilə olduğundan komanda iki həftədi hazırlıq keçir. “Banga” isə yarım ildi çıxış edir. Kim bilir, bəlkə bizimkilər daha hazırlıqlı oldular.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.