28 iyun 2011 18:26
Azərbaycanda ilk dəfə (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, iyunun 27-dən etibarən Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, isveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsində yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzularında məşğələlər keçiriləcək. Qeyd edək ki, UEFA-nın Pro kateqoriyalı məşqçi kursları Azərbaycanda ilk dəfə keçirilir.
