28 iyun 2011 18:43
Litvada Qarabağ`a Foqts da dəstək olacaq
Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts iyunun 30-da Litvaya gedəcək. Azerisport.az xəbər verir ki, bu səfərdə onun məqsədi Ağdamın “Qarabağ” və Litvanın “Banga” klubları arasında keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununu izləməkdi.
Millimizin almaniyalı çalışdırıcısı həm təmsilçimizin heyətindəki milli üzvlərini sınaqdan keçirəcək, həm də bir növ “Qarabağ”a dəstək olacaq.
Qeyd edək ki, “Banga” – “Qarabağ” görüşü iyunun 30-da Qarqjday şəhərinin eyniadlı stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
