28 iyun 2011 19:24
Rauf Əliyev: Banga`ya qarşı oynamaq istəyirəm
Azərbaycan yığmasının və “Qarabağ”ın forvardı Rauf Əliyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Litva “Banga”sı ilə səfər matçında meydana çıxmaq istəyir. AÇ-2012-nin seçmə mərhələsində Astanada keçirilən Qazaxıstan – Azərbaycan matçında zədələnən Rauf azerisport.az saytına müsahibəsində artıq məşqlərə başladığını və komandasına kömək etmək istədiyini bildirib:
“Özümü yaxşı hiss edirəm. Əgər baş məşqçimiz şans versə, qarşıdakı oyunda meydana çıxmağa hazıram. Fikrimcə, süni örtük elə də ciddi problem yarada bilməz. “Banga”ya qarşı oynamaq, komandama elə ilk oyundan kömək etmək istəyirəm”.