28 iyun 2011 20:24

Xəzər Lənkəran üçün 2 braziliyalı futbolçu (FOTO)

Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” UEFA Avropa Liqasının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün komandanın Avstriyadakı düşərgəsinə daha iki futbolçu gəlib.
 
Hər iki futbolçunun Rumıniyanın "Steaua" klubundan dəvət olunduğu bildirilir. Belə ki, Rikardo Qomeş və Eder Bonfim 2010-2011 mövsümünü məhz bu klubda keçiriblər. Onlarla bu günlərdə rəsmi müqavilə imzalanacaq.
 
Qeyd edək ki, tam adı Rikardo Qomeş Vilana olan futbolçu 18 iyul 1981-ci ildə San Pauloda dünyaya gəlib. 29 yaşlı müdafiəyəmeyilli yarımmüdafiəçi Braziliyanın "Portuguesa" klubunda çıxış edib. 2006-cı ildə Rumıniyanın "Unirea" klubuna gələn futbolçu 2010-cu ilə qədər 66 oyunda 1 qol vurub. 2010-2011 mövsümünü "Steaua"da keçirən braziliyalı 16 dəfə meydana çıxıb.
2009-cu ildə "Unirea"nın heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış edən və "Rangers"ə qarşı oyunda azarkeşlərin sevimlisinə çevirilən Rikardo 2008-2009 mövsümündə Rumıniya çempionu olub.
 
1981-ci ilin 2 aprelində Braziliyanın Mineyros şəhərində dünyaya gələn Eder Joze de Oliveyra Bonfim (Eder Bonfim) isə karyerasına 2000-ci ildə Braziliyanın "Gremio İnhumense" klubunda başlayıb (2000-2005, 18 oyun, 4 qol). Sağ cinah müdafiəçisi olan Bonfim 2002-2005-ci illərdə Portuqaliya klublarında icarə əsasında çıxış edib. 2002-ci ildə "Benfica"da (5 oyun), 2003-də "Estrela Amadora"da (15 oyun, 1 qol), 2003-2004 mövsümündə "Braga"da (27 oyun), 2004-2005-də "Vitoria"da (25 oyun) forma geyinən Bonfim 2005-ci ildə Portuqaliyanın "Uniao" klubuna transfer olunub (2005-2008, 76 oyun, 3 qol). 2008-2010-cu ildə Rumıniyanın " Timişoara " klubunda çıxış edən futbolçu (34 oyun) 2009-da "Gloria"nın uğurları üçün çalışıb (9 oyun). Onun son klubu "Steaua" olub (2010-2011, 19 oyun).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.