28 iyun 2011 20:39
Bakı Sloveniyaya yola düşdü (FOTO)
Bu gün “Bakı” təlim-məşq toplanışı keçirəcəyi Sloveniyaya yola düşüb. Azerisport.az xəbər verir ki, Bakı-İstanbul-Lyublyana marşrutu ilə hərəkət edəcək "zolaqlılar" sabah səhər saatlarında məskunlaşacağı Krainska Qora şəhərinə çatacaq.
Bu arada paytaxt klubunun Sloveniyada planlaşdırdığı yoldaşlıq oyunlarının saatı açıqlanıb. Təsdiqlənmiş məlumatlara əsasən, 2 iyul 2011-ci il tarixdə keçiriləcək "Domjale" - "Bakı" qarşılaşması yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 23:00) baş tutacaq.
5 iyul tarixində isə rəqib Xorvatiya çempionu "Dinamo" Zaqreb klubu olacaq. Adıçəkilən oyunun start fiti 18:00-da (Bakı vaxtı ilə 21:00) səslənəcək.
