29 iyun 2011 00:45

Püşkatmada bəxti gətirməyən əsas klubumuz müəyyənləşdi

Azerisport.az növbəti sorğusuna yekun vurub. Belə ki, “avrokubokların püşkatmasında daha çox kimin bəxti gətirmədi” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi artıq məlumdu.

Futbolsevərlərimizin fikrincə avrokubokların 2011/12 mövsümünün ilk püşkatmasında daha çox bəxti gətirməyən Azərbaycan çempionu “Neftçi” olub. Azarkeşlər UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində komandamıza rəqib olan Xorvatiyanın “Dinamo” klubunun ən uğursuz rəqib olduğu qənaətindədilər. Hər halda respondentlərin 41 faizi (505 səs) məhz bu varianta səs verib.
 
Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın da İsrailin “Maccabi” klubuyla düşməsi əsas bəxtsizliklərdən hesab olunur. Belə ki, Təl-Əviv klubuyla qarşılaşacaq cənubluların bəxtinin gətirmədiyini düşünənlər də 38 faiz (465 səs) təşkil edib.
 
Avroliqanın birinci təsnifat mərhələsində Litva “Banga”sı, onu keçəcəyi halda isə Farer adalarının “Streymur” klubuyla üz-üzə gələcək “Qarabağ”ın da bəxtinin gətirmədiyini iddia edənlər var – 10 faiz (120 səs). Bu mənada ən çox bəxti gətirən klub kimi AZAL göstərilib ki, bunun da nə dərəcədə ədalətli olduğuna sizlərin qərar verməsi yaxşı olardı – 4 faiz (50 səs).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.