29 iyun 2011 00:03

Qarabağ Litvada ilk məşqə çıxdı (FOTO)

İyunun 27-də təlim-məşq toplanışında olduğu Türkiyədən birbaşa Litvaya yola düşən və axşam saatlarında Klaypeda şəhərinə çatan “Qarabağ” burdakı “Amberton” otelində məskunlaşıb. Azerisport.az xəbər verir ki, oyunun süni meydançada olacağına baxmayaraq baş məşqçi Qurban Qurbanovun istəyi ilə təbii örtüklü Klaypeda mərkəzi arenası icarəyə  götürülərək komandanın sərəncamına verilib.
 
Dünən isə yerli vaxtla 14:30-da başlayan ilk məşq 1 saat 15 dəqiqə davam edib. Yüngül isinmə hərəkətləri ilə məşqə başlayan komanda əsasən toplu hərəkətlərlə məşqi davam etdirib. Yerli mətbuatın da iştirak etdiyi məşq yüksək əhval-ruhiyyədə başa çatıb. Baş məşqçi Qurban Qurbanov yerli mətbuatın istəklərini nəzərə alaraq bir neçə mətbuat orqanına ayrı-ayrılıqda müsahibələr verərək komandasının durumu və rəqib haqqında fikirlərini bildirib.
 
Bu gün Ağdam klubu oyun öncəsi məşq üçün yerli vaxtla saat 17:30-da oyunun olacağı stadionda məşq edəcək, daha sonra mətbuat konfransı keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.