28 iyun 2011 11:38
Yığmamız Almaniyada məğlubiyyətləri sıralayır
Almaniyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq matçını keçirib. Azerisport.az xəbər verir ki, millimiz yerli “Viktoria Aschaffenburg” klubunun U-17 komandası ilə üz-üzə gəlib.
Qarşılaşma 3:1 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Təyyar Məmmədov fərqlənib. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Yığmamız Almaniyanın “TGS Juegesheim” klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
