28 iyun 2011 00:08
Jaba Bakı`dan kompensasiya tələb edir
“Bakı”nın braziliyalı sabiq hücumçusu Jaba Bakıya gəlib.Azerisport.az xəbər verir ki, onun ölkəmizə qayıdışında əsas məqsədi keçmiş komandasından kompensasiya tələb etməkdi.
Qeyd edək ki, Jaba son mövsüm başa çatan kimi komandanın sıralarından kənarlaşdırılmışdı. Bu, baş məşqçi Aleksandr Starkovun qərarı olsa da, eyni vaxtda AFFA da bu futbolçunun əvvəlki klubuna borclu qalması səbəbindən onun ölkəmizdə çıxışına qadağa qoymuşdu.
Lakin müqaviləsinin müddəti bitmədiyi üçün komandadan uzaqlaşdırılan Jaba “zolaqlılar”dan kompensasiya istəyir. Bunun üçün də Jaba bu gün paytaxt klubunun prezidentu Hafiz Məmmədovla görüşəcək. Qeyd edək ki, braziliyalının “Bakı” ilə bir illik müqaviləsi qalırdı.
