28 iyun 2011 11:56

Jaba: Aleksandr Starkovla problemim var idi

“Bakı”nın braziliyalı sabiq hücumçusu Jaba azerisport.az saytının suallarını cavablandırıb.
 
- Biz düşünürdük ki, siz bir daha Bakıya qayıtmazsız...
- Mənim keçmiş klubumla həll olunmamış bəzi məsələlərim qalıb. Düşünürəm ki, qısa zaman kəsiyində həmin problemləri yoluna qoya bilə və Azərbaycanı tərk edə biləcəyəm. Əslində, düşünürdüm ki, yeni mövsümə də “Bakı”da başlayacam. Amma klub rəhbərliyi onlara lazım olmadığım haqda qərar çıxardı. Belədə mənə də əşyalarımı toplamaq qaldı.
 
- Buna nə səbəb oldu ki?
- Yeganə səbəb Aleksandr Starkovdu. Bu, onun qərarıdı. Mən də onun bu qərarına hörmətlə yanaşmağa borcluyam.
 
- Sizin onunla probleminiz vardı?
- Gizlətmirəm, Starkovla problemim var idi. Biz bir-birimizi başa düşə bilmədik. Mən özümü yaxşı tərəfdən göstərmək, qol vurmaq istəyirdim. Komandadakı birinci mövsümümdə bombardir olmağı bacardım. Hətta Starkov gələndən sonra da qollar vururdum. Məhz mənim vurduğum qol komandanı birinci altılığa çıxarmışdı. Bundan artıq nə edə bilərdim ki? “Bakı” təkcə Jabadan ibarət deyildi.

- Bəlkə məsələ sizin intizama riayətinizlə əlaqədardı?
- Mümkündü. Amma günahkar tək mən deyiləm. “Bakı”nın məşqlərinə baxın və görün ki, komandada nələr baş verir. İntizam həqiqətən korlanıb.
 
- Bakı səfərinizdə kiminlə görüşməyə hazırlaşırsız?
- Klub prezidenti Hafiz Məmmədovla. Müqavilənin pozulması ilə əlaqədar detalları müzakirə edəcəyik. Mənim hələ bir illik müqaviləm var idi. Buna görə kompensasiya xahiş edəcəm.
 
- Karyeranızı harda davam etdirmək istəyirsiz?
- Yanvarda mənim Türkiyəyə getmək variantım var idi. Braziliyaya da qayıda bilərdim. Amma indi dəvət yoxdu. Hazırda mənimçün başlıca məqsəd “Bakı” ilə tam üzülüşməkdi. Hər halda Azərbaycandan xoş əhval-ruhiyyə ilə ayrılıram.

- “Bakı”nın növbəti mövsümdə uğur qazanmaq şanslarını necə dəyərləndirirsiz?
- Bilmirəm onlar kimlərlə güclənməyi hədəfləyirlər. Buna görə də heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.