28 iyun 2011 12:18
Arif Əsədovla Nazim Süleymanov PRO kateqoriyası alacaq (FOTO)
İyunun 27-dən etibarən Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, isveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsində yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzularında məşğələlər keçiriləcək.
Kursların bu mərhələsi iyulun 2-də yekunlaşacaq. Qeyd edək ki, bu, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən ilk PRO kurslarıdı. Bunun üçün UEFA cəmi bir neçə ay öncə razılığını vermişdi.
