28 iyun 2011 00:22
XL Vobay və Opara ilə yollarını ayırır?
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” Avstriyadakı hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək bölgə təmsilçisi hələ də hazırlıqlarını tam heyətlə həyata keçirə bilmir.
Belə ki, komandanın aparıcı futbolçularından olan yarımmüdafiəçi Julius Vobay və hücumçu Emeka Opara “ağ-yaşıllar”ın düşərgəsinə qoşulmayıb. Onların Avstriyaya getməsinə isə viza problemi mane olur. Hazırda hər iki futbolçu Samir Ələkbərovun rəhbərliyi altında Azərbaycanda məşq edir.
Sözügedən oyunçuların komandaya qoşulmaması isə onların “Xəzər Lənkəran”dan ayrılmasına dair şayiələri çoxaldıb. Bu məsələyə münasibətini açıqlayan cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov bu informasiyaları təkzib edib:
“Bu iki futbolçu “Xəzər Lənkəran”a məxsusdu və onları heç bir yerə buraxmaq fikrimiz yoxdu. İyulun əvvəlində onların viza problemi yoluna qoyulacaq və hər iki futbolçumuz komandanın təlim-məşq toplanışına qoşulacaq”.