28 iyun 2011 12:45
Azərbaycan klubu birbaşa UEFA kubokunun elit-raundunda
Futzal üzrə UEFA kubokunun 2011-2012-ci il mövsümündə Azərbaycan təmsilçisi “Araz” klubu mübarizəyə birbaşa elit-raundda başlayacaq. Azerisport.az xəbər verir ki, “Araz”la yanaşı Portuqaliyanın “Sporting”, Qazaxıstanın “Kayrat” və İtaliyanın “Montesilvano” klubları da birbaşa elit-raundda mübarizə aparacaqlar.
Qeyd edək ki, təmsilçimizin mübarizəyə bu mərhələdə başlaması UEFA-nın əmsallar cədvəlindəki yüksək mövqeyi ilə bağlıdı. Azərbaycan əmsallar cədvəlində 49 ölkə arasında 3-cü pillədədi.
İlk dörd pillədə qərarlaşan klubların əmsallarını diqqətinizə çatdırırıq:
|
s/s |
Assosiasiya |
Klub |
Əmsal (2011/2012) |
Mövsümdə inkişafı |
|
1 |
Portuqaliya |
«Sportinq» |
51.834 |
+1 |
|
2 |
Qazaxıstan |
«Kayrat» |
34.001 |
+2 |
|
3 |
Azərbaycan |
«Araz» |
32.001 |
+2 |
|
4 |
İtaliya |
«Montesilvano» |
30.167 |
+9 |
