29 iyun 2011 00:37

Qurban Qurbanov: Ümid edirəm ki, arxayınlığın qurbanı olmayacağıq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları Litva “Banga”sı ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Söhbətə komandanızın hazırlığından başlamaq istərdik. Türkiyə toplanışı nə dərəcədə faydalı oldu?
- Hazırlıqdan tam razıyam. Oyunçular çalışdılar, amma onların hazırlıq səviyyələri təbii ki, müxtəlifdi. Yığma üzvləri hazırlığa gec başladılar. Gücümüzü balanslaşdırmağa çalışırıq. Əlbəttə, yığma üzvlərində yorğunluq var. Onlar çempionatdan sonra istirahət edə bilməyiblər. Amma biz onlara bu imkanı təlim-məşq toplanışı dövründə yaratdıq. Son oyunumuzu mayın 16-da keçirmişik. Bundan sonra sadəcə ikitərəfli oyunlarda gücümüzü sınaya bilmişik.
 
- Ötən mövsüm Makedoniya “Metallurg”u ilə də eyni vəziyyət idi. O vaxt daha çətin idi, yoxsa indi?
- Ola bilsin ki, elə eyni ssenaridi. Birinci təsnifat mərhələsindən mübarizəyə başlamaq bizim planlarımızı korladı. Futbolçular belə olanda normal istirahət edə bilmirlər. Yaxşı hazırlaşa da bilmirik. Orqanizm də istirahət etməlidi.
 
- Artıq üçüncü ildi ki, “Qarabağ” eyni ritmdədi. Qarşıda isə yeni mövsüm də var...
- Biz ötən mövsüm bu problemi birinci dövrənin ortalarında yoluna qoya bildik. Çoxlu zədəlilərimiz vardı. Bu il eyni vəziyyətlə üzləşməmək üçün çalışırıq. Ağıq qrafik səbəbindən istədiyimiz kimi plan qura bilmirik.
 
- “Qarabağ”a avrokuboklarda böyük ümidlər bəslənilir. Yetirmələriniz qrup mərhələsinə düşə biləcək?
- Minimum, iki ildi Avroliqada sabit oyun sərgiləyə bilirik. Şübhəsiz ki, ildən-ilə göstəricimizi daha da yaxşılaşdırmaq istəyirik. Amma kubok oyunları belədi, kiçik bir səhv və ya uğursuzluq mübarizədən kənarda qalmaqla nəticələnir. Buna görə də komandanı maksimum belə şeylərə hazır etməyə çalışırıq. Hazırkı rəqibimiz “Banga” yaxşı formalaşmış komandadı. Rəqibimiz sona kimi döyüşür. Biz minimum iki mərhələ adlamağı düşünürük. Amma məncə, elə ən çətini birinci qarşılaşmamız olacaq.
 
- Siz “Banga”nın bir neçə oyununa baxmısız. Nə kimi keyfiyyətləri qeyd edərdiz?
- Onlarda çempionatın qızğın vaxtıdı. Bu isə “Banga”nın əsas üstünlüyüdü. Baxmayaraq ki, heyətləri gənclərdən qurulub, fəal və təhlükəlidilər. “Jalgiris”ə qarşı onlar sona kimi döyüşdülər.
 
- Bizim mətbuat “Banga”nı çox zəif rəqib kimi təqdim etdi. KİV-in bu münasibətinə sizin fikriniz?
- Ümumiyyətlə, bu, düzgün deyil. Rəqibin gücünü azaltmaq lazım deyil. Ən azı ona görə ki, bu, futbolçularda psixoloji cəhətdən arxayınlığa gətirib çıxara bilər. Mən özüm “Banga” haqda son 3-4 gündə məlumat toplamağa başlamışam. Bu komandanı kimlər zəif hesab edirsə, onlar litvalıları iş başında görmədikləri üçün elə düşünürlər. Rəqibi adına görə qiymətləndirmək olmaz. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Məsələn, ötən mövsüm “Xəzər Lənkəran”ın Avroliqadakı rəqibi olan Moldova klubu o qədər zəif komanda kimi təqdim olundu ki. Amma sonda mərhələni moldovalılar adladılar. Biz isə son mövsümdə kubokda “Turan”a uduzduq.

- Amma “Qarabağ” istənilən halda favorit göstərilir. Bu, futbolçularda arxayınlığa səbəb ola bilər?
- Bəli, ola bilər. Buna görə də biz tam fərqli hazırlaşırıq. Amma istər-istəməz mətbuatın fikri təsir edir. Futbolçular özləri də bilirlər ki, biz zəif komandalara qarşı yaxşı oynaya bilmirik. Ümid edirəm ki, bu görüşdə arxayınlığın qurbanı olmayacağıq.

- Litvada sizi hansı nəticə qane edəcək?
- Ən azı uduzmamağa ümid edirəm. Qol vursaq daha yaxşı olardı.
 
- Əfran İsmayılovla Rauf Əliyevin durumu nə yerdədi?
- Əfranın mikrotravması var. Həkimlər ona baxıblar və 5 gün məşqlərdən uzaq qalmasını məsləhət görüblər. Ümid edirəm ki, Bakıdakı oyuna kimi o, hazır olacaq. Raufa gəlincə, o, zədədən sonra tam bərpa olub. Sadəcə, fiziki cəhətdən çatışmazlıqları var.

- Əgər Əfranla Rauf hazır olmasa, onları kim əvəzləyəcək?
- Bizim hələ vaxtımız var, iki variantı nəzərdən keçiririk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.