29 iyun 2011 00:55
Banga Qarabağ`la oyun öncəsi ciddi itki ilə üz-üzə
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubuna rəqib olan Litva “Banga”sı komandamızla oyun öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, Qarqjday təmsilçisi Ağdam klubuyla görüşə əsas kapitanının yoxluğunda çıxmaq məcburiyyətində qala bilər.
Məsələ burasındadı ki, “Banga”nın kapitanı Rimvidas Qrudis komandasının son məşqlərinin birində zədə ilə üzləşib. Hazırda həkimlər komandanın ən təcrübəli futbolçusunu sıraya qaytarmağa çalışsalar da, onun meydana çıxması sual altındadı.
Qeyd edək ki, “Qarabağ”la “Banga” arasındakı ilk oyun iyunun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
