29 iyun 2011 01:26
XL və Bakı`nın sabiq müdafiəçisi üçün yeni iş yeri
“Xəzər Lənkəran” və “Bakı” klublarının sabiq futbolçusu Radomir Todorov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi bundan sonra karyerasını vətənində - Bolqarıstanda davam etdirəcək.
Todorov ölkəsinin “Cerno More” klubu ilə anlaşıb. Artıq tərəflər yeni müqaviləyə də imza atıblar.
Qeyd edək ki, Todorov “Cerno More”yə azad agent kimi keçib. Çünki futbolçunun son klubu “Bakı” ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı.
