29 iyun 2011 01:38

Avrokuboklarda yeni mövsüm səfər qələbələri ilə başladı

Avrokubokların 2011/2012 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, qitəmiqyaslı yarışlar Çempionlar Liqasının ilk mərhələsinin iki oyunu ilə başlayıb.
 
Belə ki, qitənin ən mötəbər klub turnirində birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Məlum olduğu kimi, bu mərhələdə Avropanın reytinqinə görə ən zəif futbol ölkələrinin təmsilçiləri üz-üzə gəlir. Bu ölkələr isə Andorra, Lüksemburq, San-Marino və Maltadı.
 
Püşkə əsasən Andorra və Lüksemburq çempionları – müvafiq olaraq “Santa Coloma” ilə “Dudelange” üz-üzə gəlibsə, San-Marino ilə də Maltanın çempionları – “Tre Fiori”ylə “Valletta” növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparır. Bu cütlər arasındakı ilk duellərin hər ikisində qonaqlar qələbəyə sevinən tərəf olublar. Belə ki, “Dudelange” səfərdə “Santa Coloma”nı 2 cavabsız qolla məğlub edib. “Tre Fiori” isə “Valletta”nın qapısından 3 cavabsız top keçirib. Beləcə, artıq bu cütlərdən növbəti mərhələyə kimlərin adlayacağı demək olar ki, elə ilk oyunlardan sonra müəyyənləşmiş olub.
 
Cırtdan ölkə təmsilçilərindən növbəti mərhələyə hansı komandaların adlayacağını isə rəsmi olaraq iyulun 5-6-da biləcəyik. Belə ki, “Dudelange” – “Santa Coloma” görüşü iyulun 5-də, “Valetta” – “Tre Fiori” görüşü isə bir gün sonra baş tutacaq və məhz bundan sonra iki ən güclü kollektiv ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaq.
 
Maraq üçün onu da əlavə edək ki, ÇL-də çıxış edən Azərbaycan çempionu “Neftçi” mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən qoşulacaq və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuyla qarşılaşacaq. Bu komandalar arasındakı ilk görüş iyulun 13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda keçiriləcək.
 
Avropanın digər nüfuzlu klub turniri – Avropa Liqası isə iyunun 30-da start götürəcək və birinci təsnifat mərhələsində iki klubumuz – AZAL və “Qarabağ” mübarizəyə başlamış olacaq. Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
 
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
 
Santa Coloma (Andorra) – Dudelange (Lüksemburq) – 0:2
Qollar: Leqros, 57, Kaylet, 79.
 
Tre Fiori (San-Marino) – Valletta (Malta) – 0:3
Qollar: Denni, 43, Effionq, 50, Aqius, 70-pen.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.