29 iyun 2011 22:55
XL Avstriya klubunu qol yağışına tutdu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə görüşünə hazırlaşan təmsilçimiz yerli “Fulpmes”lə üz-üzə gəlib.
Mirça Rednikin komandasının rəqibi Avstriyanın üçüncü divizion təmsilçisiydi. “Ağ-yaşıllar”ın bu rəqiblə oyunu gözlənildiyi kimi çətin keçməyib. Cənub təmsilçisi özündən zəif rəqiblə dueldə 12 cavabsız qola imza atıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" ilk görüşündə Almaniyanın "Dinamo" (Drezden) klubu ilə qarşılaşmışdı. Həmin oyunda tərəflərin səylərinə baxmayaraq hesab açılmamışdı – 0:0.
Yoldaşlıq oyunu
29 iyun
Xəzər Lənkəran - TSV Fulpmes - 12:0
Qollar: Çaba Borbeli 7-pen; 19; 33, Elnur Abdullayev, 32, Alim Qurbanov, 37; 42, Florin Hidişan, 48, Marius Onofraş, 54, Tosin Dosunmu, 60, Rahid Əmirquliyev, 66; 67; 83.
