29 iyun 2011 14:23
Bolqar mütəxəssis Azərbaycana rəqib olur
Futbol üzrə Makedoniya yığmasının baş məşqçisi hələ də müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, bu ölkənin futbol federasiyası axtarışlarını davam etdirir.
Bu arada makedoniyalıların yığma komandasına daha bir namizədin adı hallanmağa başlayıb. Belə ki, türkiyəli Ziya Doğan, millimizdə, eləcə də “Bakı” və “Simurq”da çalışmış makedoniyalı mütəxəssis Qyoko Haciyevski ilə yanaşı bolqarıstanlı məşqçi Plamen Markov da bu posta əsas namizədlər siyahısında göstərilir.
Qeyd edək ki, avqustun 10-da Makedoniya yığması Bakıda Azərbaycan millisinin qonağı olacaq.
