29 iyun 2011 14:44
Frank Raykaard yığmanın baş məşqçisi oldu
İspaniyanın “Barcelona” və Türkiyənin “Galatasaray” klubunun sabiq baş məşqçisi kimi daha yaxından tanıdığımız Frank Raykaard özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Səudiyyə Ərəbistanını çalışdıracaq.
“Galatasaray”dan ayrıldıqdan bəri işsiz qalan mütəxəssis ərəblərin təklifini qəbul edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyasından verilən açıqlamaya görə, hollandiyalı mütəxəssislə sabah İngiltərənin paytaxtı Londonda 3 illik müqavilə imzalanacaq. Ərəblərin bunun qarşılığında Raykaarda 11 milyon ABŞ dolları ödəyəcəyi bildirilir.
Qeyd edək ki, vaxtilə Asiyanın ən güclü yığmalarından hesab olunan Səudiyyə Ərəbistanı yığması yanvarda bu qitənin çempionatındakı uğursuz çıxışının ardından baş məşqçisiz qalmışdı.
