29 iyun 2011 15:27

Admir Teli: Banga təsəvvür etdiyimdən də güclüdü

“Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli sabah keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə ilk oyunu önəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Özünüzü Klaypedada necə hiss edirsiz?
- Biz bütün problemlərimizi bir kənara qoyaraq bu oyuna köklənmişik. Amma əgər sualınıza dəqiq cavab versəm, bizim oyunçular məlum səbəblərdən heç də yaxşı istirahət edə bilməyiblər.
 
- Bu, oyununuza təsir göstərə bilər?
- Ola bilər. Amma çalışacağıq ki, heç bir təsir göstərməsin.
 
- Rəqibi necə dəyərləndirərdiz?
- Birincisi onu qeyd edim ki, biz bu oyuna çox vacib və ən əhəmiyyətli oyun kimi yanaşırıq. İkincisi, rəqib komandanın oyunçuları yaxşı yaxşı və cəlddirlər. “Banga”nı analiz etmişik. Belə görürük ki, onlar heç də yazılanlar qədər zəif deyillər. Litva klubu hətta təsəvvür etdiyimdən də güclüdü. Fikrimcə, bizə çox çətin olacaq.
 
- “Banga” ilə oyun həm də bu mövsümdə sizin üçün bir ilk olacaq...
- Belə komandalara qarşı oynamaq heç vaxt asan olmur. Amma biz hazırlıqlara yenicə başlamışıq. Biz sadəcə Türkiyədə yaxşı hazırlıq keçməyimizə güvənə bilərik. Fikrimcə, Litva səfərimizi uğurla tamamlaya bilərik.
 
- İki ildi “Qarabağ”la qrup mərhələsinin bir addımlığında dayanırsız. Bu dəfə necə motivasiya var?
- Mən belə deyərdim: istənilən avrokubok oyununa 100 faiz konsentrasiya lazımdı. Özü də bu təkcə “Qarabağ”a yox, Azərbaycan bütün klublarına aiddi. Əgər siz avrokuboklara vəsiqə qazanırsızsa, o zaman ancaq maksimum nəticə haqda düşünməlisiz. Komandamız Azərbaycan yığmasının futbolçularından təşkil olunub. Hamımız uğur qazanmaq istəyirik. Amma elə ilk mərhələdən işimiz heç də asan olmayacaq.
 
- “Banga” ilə oyundan nə gözləyirsiz?
- Mən düşünürəm ki, fasiləyə kimi qol vurarıq. Çünki bu, bizim üçün çox mühümdü. Bu, rəqibin də oyununa təsir göstərə bilər. Həm də ilk oyunda vurulan qol cavab oyunu ərəfəsində bizim işimizə çox yaramış olacaq.
 
- Hücum xəttinizdə bir qədər çətinliklər var. Düşünmürsüz ki, bu, problem yarada bilər?
- “Qarabağ” bir-iki futbolçudan asılı deyil. Mən həmişə demişəm ki, biz fərdi yox, komanda oyunu sərgiləyirik. Ümid edirəm ki, belə oyun bu dəfə də bizə fayda gətirəcək.
 
- Avroliqa ilə bağlı nə kimi gözləntiləriniz var?
- Artıq iki ildi göstəririk ki, biz uğur qazana bilirik. Ən azı əvvəlki uğurlarımızı təkrarlamağı arzulayıram. Qalanına baxarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.