29 iyun 2011 15:56
Stamenkoviç: Maksimirə Crvena Zvezda`nın rəngləriylə çıxacam
Azərbaycan çempionu “Neftçi”nin yeni transferi olan qapıçı Saşa Stamenkoviç bildirib ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə ilk oyuna sabiq komandasının – “Crvena Zvezda”nın rəngləriylə çıxacaq. Azerisport.az xəbər veir ki, o, bunu Xorvatiya mətbuatına açıqlamasında bəyan edib:
“Neftçi”yə “Crvena Zvezda”dan gəlmişəm. Bütün fikirlərim bu komanda ilə bağlıdı. Bakılılarla müqavilə bağlayanda da dedim ki, mənim formamda ağ-qırmızı rənglər olmalıdı. Necə ki, “Crvena Zvezda”da belədi. Odu ki, Maksimir stadionuna məhz həmin formayla çıxacam”.