29 iyun 2011 16:23

Bakılı Premyer Liqaya qayıdır

Birinci divizionu ötən mövsüm çempion kimi tamamlayan və nəticədə Premyer Liqaya yüksələn “Abşeron”un dağılmasından sonra Peşəkar Futbol Liqası elitada oynayacaq başqa komanda axtarışlarına başlayıb. Azerisport.az xəbər verir ki, bu mənada daha çox “Bakılı”nın şansları yüksək qiymətləndirilir.
 
Bu komandanın elitaya dönüşünün mümkünlüyünü PFL prezidenti Ramin Musayev də saytımıza açıqlamasında təsdiqləyib: “Hazırda bu məsələnin həlli ilə məşğuluq. Sadəcə, hələ yekun qərar verilməyib. Əgər PFL qərar versə, o zaman “Bakı”lı Premyer Liqada oynamağa hazırdı. Biz də onlarla işbirliyinə hazırıq. Təbii ki, "Abşeron"a mütləq əvəzləyici tapılmlıdı. Bu üzdən də elitada oynamaq istəyən klublara müraciət etmişik. Kim özünü hazır hesab edirsə, buyursun. Amma bunun üçün müvafiq zəmanət lazımdı ki, biz də buna əsasən razılıığımızı verək”.
 
Qeyd edək ki, elə qaydalara əsasən də "Abşeron"un imtinasından sonra məhz "Bakılı" Premyer Liqada oynamalıdı. Bu komanda son mövsümdə birinci divizionu üçüncü pillədə bitirmişdi. Elitaya çıxan digər komanda isə gümüş medalların sahibi "Rəvan"dı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.