29 iyun 2011 17:02
Çordaş: Dinamo cütün taleyini Zaqrebdə həll etməsə, işi çətin olacaq
Azərbaycan çempionu “Neftçi”nin sabiq yarımmüdafiəçisi Darko Çordaş UEFA Çempionlar Liqasında komandamıza rəqib olan Xorvatiya “Dinamo”sunun “Zaqreb” şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o bu ölkədən olan jurnalistlərə müsahibəsində öncə bunları dilə gətirib:
- Azərbaycan inkişafda olan ölkədi. Futbol da bu inkişafın tərkib hissəsidi. “Neftçi” 2006-cı ildən çempion ola bilmirdi. Amma bu dəfə onlarda alındı. Təbii ki, artıq mənim oynadığım dövrdəki heyətdən heç kim qalmayıb. Komandada Tomislav Vişeviç, Tomislav Mişura kimi futbolçular var idi. Onların niyə bu qədər çox oyunçu dəyişdirdiklərini bilmirəm. Amma indi də heyətlərində 2-3 yaxşı futbolçu var. Onlar da Emil Mpenza, Rodriqinyo kimi qocalardı.

- “Dinamo” “ağ-qaralar”la oyunlarda əsasən nələrə diqqət yetirməlidi?
- “Neftçi” çox texnikalı komandadı. Hərdən elə olur ki, hücumda 5-6 futbolçuyla oynayırlar. Yeganə məsələ onların fiziki cəhətdən nə dərəcədə hazır olmasıdı.
- Sizcə, “Dinamo” cütün taleyini “Maksimir”dəcə həll edə biləcək?
- İlk oyun çox böyük məna kəsb edir. “Dinamo” doğma divarlar arasındakı matçda uğurlu nəticə qazanmağa borcludu. Çünki Bakıda onlara çox çətin olacaq.
- Rəqibin azarkeşlərini necə xarakterizə edərdiniz?
- Oxumuşam ki, “Bakı”nın qapıçısı Marko Şarliya “Neftçi” azarkeşlərinin o qədər də çılğın olmadığını açıqlayıb. Deyə bilmərəm, bəlkə o, bunu bir oyuna görə açıqlayıb. Amma onların azarkeşləri də əsl fanatlardı. Amma xatirimdədi ki, biz o vaxtlar azarkeşlərdən çox böyük dəstək alırdıq. Onlar bizi ilk dəqiqələrdən sona kimi irəli səsləyirdilər, qol vurmağa çağırırdılar. Odu ki, “Dinamo”nu Bakıda “isti” qarşılayacaqlar.
- “Neftçi”nin “Dinamo”nu qəbul edəcəyi stadion barədə nə deyərdiz?
- Bu stadion 30 minlik azarkeş tutumuna malikdi. Oval formada tikildiyindən meydandan baxanda sanki qarşında cəmi bir tribuna görürsən. Orda oynamaq həqiqətən çox xoşdu.
- Onlarda mentalitet necədi? Məsələn, püşkatmadan sonra “Neftçi”nin saytında yazmışdılar ki, “Dinamo” bizdən qorxur”...
- Mənə elə gəlir ki, oyunöncəsi özünəməxsus taktikadı. Düşünmürəm ki, onlar “Dinamo”nu zəif hesab edirlər. Mənsə hesab edirəm ki, bu cütdə “Dinamo”nun müəyyən üstünlüyü var.
- Bəs siz kimə azarkeşlik edəcəksiz: “Dinamo”, yoxsa “Neftçi”yə?
- “Neftçi” mənim komandam olub, orda oynamışam, pul qazanmışam. Amma mən xorvatam. Əlbəttə ki, öz ölkəmin komandasına azarkeşlik edəcəm.