29 iyun 2011 17:34
Qəbələ bir Ukrayna klubunu yenib, digərinə rəqib oldu
Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində çıxışını davam etdirən “Qəbələ”nin U-13 komandası qrup mərhələsini uğurla yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, qrupun 3-cü – sonuncu oyununda Kiyev “Smena”sı ilə qarşılaşan təmsilçimiz Amin Seydiyev və Turan Manafovun qolları ilə iddialı rəqibini 2:0 məğlub edib.
Bu nəticədən sonra “Qəbələ” 7 xalla qrupu lider kimi tamamlayıb. Təmsilçimizin yarımfinaldakı rəqibi “Zvezda” (Kiyev) kollektivi olacaq. Matç sabah Bakı vaxtı ilə 13:00-da baş tutacaq.
