29 iyun 2011 17:40
Neftçi`nin yeni baş məşqçisinin adı açıqlandı
"Neftçi" PFK-nın əvəzedici heyətinə yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bundan sonra əvəzediciləri baş məşqçi Elşad Əhmədov çalışdıracaq.
Əvəzedici komandada daha bir dəyişiklik baş verib. Belə ki, qapıçılarla işləyən məşqçi Hüseyn Məhəmmədov bu vəzifəni "Neftçi" Uşaq və Gənclər Futbol Məktəbində yerinə yetirəcək. O, aşağı yaş qrupları üzrə komandaların qapıçılarla işləyən məşqçisi olacaq. Əvəzedici komandada Məhəmmədovu oynayan məşqçi kimi Vitali Kovalyov əvəzləyəcək.
Xatırladaq ki, "Neftçi"nin əvəzedici komandasını İqor Getman çalışdırırdı. Lakin bu ayın əvvəlində klub rəhbərliyinin çıxardığı yeni qərara əsasən, Getman bundan sonra klubda başqa vəzifəni icra edəcək. O, artıq flaqmanın məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub.
