29 iyun 2011 18:00
Neftçi Gürcüstana gedir
"Neftçi"nin əvəzedicilərdən ibarət komandası təlim-məşq toplanışı keçmək üçün bu gün Gürcüstana yola düşür. Azerisport.az xəbər verir ki, baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Ureki qəsəbəsində məskunlaşacaq.
İyulun 13-dək davam edəcək hazırlıq prosesində əvəzedicilər iki yoxlama oyunu keçirəcəklər. Ayın 9-da və 12-də baş tutacaq görüşlərdəki rəqiblər hələ müəyyənləşməyib.
