29 iyun 2011 18:22

Azərbaycan futbolçu miqrasiyasına görə 16-cıdı

PFPO araşdırma qrupu ötən il üçün qlobal futbolçu miqrasiyaları hesabatını hazırlayıb. Azerisport.az xəbər verir ki, hesabata əsasən, 2010-cu il ərzində ən çox futbolçu Kiprə transfer olunub – 219 nəfər.
 
Bu siyahıda Azərbaycan 88 futbolçu ilə 16-cı mövqedə qərarlaşıb. Xaricdən ən çox oyunçu transfer edən klublarımız isə “Bakı” və “Xəzər Lənkəran” olub – hərəyə 12 futbolçu. Bu göstərici ilə klublarımız 16-25-ci pillələri bölüşürlər.
 
Premyer Liqaya transfer olunan futbolçuların orta yaş həddi isə 27,85 olub. Bu, müvafiq reytinq cədvəlində 9-cu göstəricidi. Ən çox futbolçu eksport etmiş klubumuz isə Zaqatalanın “Simurq” klubu olub. 12 futbolçusu ilə yollarını ayıran əyalət təmsilçisi müvafiq siyahıda 14-21-ci pillələri bölüşür.
 
Ölkələr üzrə futbolçuların re-eksport siyahısına İngiltərə başçılıq edir – 241 futbolçu. 61 futbolçu ilə Azərbaycan bu siyahıda 17-cidi. Dünyada ən çox transfer olunan isə braziliyalı futbolçular olub. Ötən mövsüm Premyer Liqaya 7 braziliyalı futbolçu transfer olunub ki, bu göstəriciyə görə ölkəmiz İspaniya ilə 10-11-ci pillələri bölüşür.
 
Qeyd edək ki, hesabat hazırlanarkən dünya üzrə 69 futbol federasiyasının 101 liqasında 2010-cu il ərzində baş tutmuş transferlər nəzərə alınıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.