29 iyun 2011 18:33
Türkiyə Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən seçkilərdə qalib gələn Mehmet Ali Aydınlar qardaş ölkə futbol təsərrüfatının yeni prezidenti seçilib.
Belə ki, o, seçkilərə tək namizəd olaraq qatıldığından, qalib gələcəyi öncədən də bəlli idi. Seçkilər zamanı keçərli səsin 201-ni də qazanması nəticəsində Mehmet Ali Aydınlar yeni prezident olub.
Qeyd edək ki, bu, TFF-nin tarixində 39-cu prezidentdi. Aydınlar bir müddət öncə fəaliyyət dövrü bitdiyi üçün vəzifəsindən gedən Mahmut Özgeneri əvəzləyib.
