29 iyun 2011 18:38
Maccabi-XL matçının başlama saatı müəyyənləşdi
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrailin “Maccabi” (Təl-Əviv) klubuna qarşı keçirəcəyi ilk oyunun vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, iyulun 14-də İsrailin paytaxtında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq (yerli vaxtla 20:30).
Qeyd edək ki, oyun “Blumfild” stadionunda keçiriləcək.
Lənkərandakı oyuna gəlincə, bu görüş iyulun 21-də oynanılacaq. Amma hələ matçın start saatı müəyyənləşməyib.
