29 iyun 2011 19:00
UEFA Dinamo - Neftçi matçını fransız hakimə tapşırdı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubları arasında keçiriləcək ilk oyunu idarə edəcək hakimin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Zaqrebdəki “Maksimir” stadionunda baş tutacaq görüşü fransalı ədalət təmsilçiləri idarə edəcək.
Belə ki, UEFA-nın rəsmi saytının açıqlamasına görə, qarşılaşmanın baş hakimi bu ölkədən olan Antoni Qotye idarə edəcək. Onun köməkçiləri də həmyerliləri olacaq. Amma onların kimliyi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” görüşü iyulun 13-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq. Amma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün başlama saatı müəyyənləşməyib.
