29 iyun 2011 19:32

Nazim Süleymanov: Minsk`ə məğlubiyyət mənim üçün faciə olacaq

AZAL-ın baş məşqçisi Nazim Süleymanov sabah keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə oyun öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransından hazırlana reportajla sizi də tanış edir.
 
- Sizin üçün bu qarşılaşma avrokuboklarda bir debüt olacaq. Nə kimi hisslər var?
- Normal. Biz Avroliqaya üç mərhələdə hazırlaşdıq. 22 günlük hazırlıq keçdik. Amma hesab edirəm ki, bu, tam hazırlıq üçün hələ azdı. Biz sadəcə 70 faiz hazırlaşa bilmişik. Amma sabah oyun keçirməliyik. İlk oyun çox vacibdi. Evdə keçiriləcək matçda müsbət nəticə qazanmaq istəyirik.
 
- Siz uzun müddətdi oyun keçirmədiyiniz halda, “Minsk” Belarus çempionatında müntəzəm oyun keçirirdi...
- Biz tələbələrdən ibarət komandayla qarşılaşdıq, ikitərəfli görüşlər keçirdik. Əlbəttə, daha güclü rəqiblərlə də qarşılaşmaq istərdik. Amma alınmadı. Amma istənilən halda mən öz yetirmələrimə inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəklərinə əminəm.
 
- AZAL müdafiə futbolu oynayır. “Minsk”lə də belə oynayacaqsız?
- Biz müdafiə futbolu oynamırıq. Əks halda çempionatda o qədər qol vurmazdıq. Biz ilk oyunda qol vurmalıyıq. Buna görə də hücum etməliyik.
 
- Yeni futbolçularınızdan kimləri sifariş etmisiz?
- Bosniyalı müdafiəçi Branislav Arsenoviçi sifariş etdik. Əgər birinci mərhələni keçə bilsək, o zaman albaniyalı müdafiəçi Ervin Bulkunu da sifariş ərizəsinə daxil edəcəyik.

- İlk oyunda nəticə nə dərəcədə vacibdi?
- Çox vacibdi. Biz qol buraxmamaq şərtilə çox qol vurmalıyıq.
 
- Avrokuboklarda oynamısız. Bəs məşqçi kimi özünüzü necə hiss edirsiz?
- Bunlar fərqli şeylərdi. Oyunçu kimi ancaq qol vurmaq haqda düşünürdüm. İndi isə daha böyük məsuliyyət var. Mən indi matçın protokoluna daxil edəcəyim 18 futbolçudan oyun gözləyəcəm.

- Qvidas Yuşkanın əvəzində Elşən Məmmədov oynayacaq?
- Yuşka birinci mərhələdə yaxşı oynayırdı. Amma ikinci mərhələdə dayandı. “Altılıq” mərhələsində ümumiyyətlə qol vura bilmədi. Son oyunlarda da ürəkdən oynamırdı. Mən Elşənə inanıram. Amma hücumda başqa futbolçularımız da var.
 
- “Minsk” haqda ətraflı məlumat toplaya bilmisiz?
- Biz rəqib haqda kifayət qədər məlumat toplamışıq. Bilirik ki, son turda “Dinamo”ya 1:2 hesabıyla məğlub olublar. Komandamız hazırdı, onları keçməliyik. Onların güclü tərəfi əks-hücumlardı. Uzaqdan zərbələri sevirlər. Cərimə zərbələri təhlükəlidi. Amma “Minsk” Azərbaycan Premyer Liqasında ilk altılığa düşə bilməz. Bu komandanı mütləq keçməliyik. Bunu bacarmasam, onda AZAL-da niyə işləyirəm? Məğlub olsaq, mənim üçün faciə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.