29 iyun 2011 11:07
Azərbaycan - Makedoniya: başlama saatı müəyyənləşdi
Xəbər verdiyimiz kimi, avqustun 10-da Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib.
Belə ki, Azərbaycan – Makedoniya oyunu saat 20:00-da başlayacaq və «Dalğa Arena»da keçiriləcək.
