29 iyun 2011 11:52
Cavid Hüseynov: Neftçi`yə başqa heç kim lazım deyil
“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Xorvatiya “Dinamo”su ilə dueldəki şansları barədə danışıb.
- Hazırlıqlarınız necə gedir?
- Normal. Hər gün iki məşq keçirik. Hələlik Bakıdayıq. Sabah isə Avstriyaya yola düşəcəyik. Hazırlığımızın əsas hissəsi də orda baş tutacaq.
- Normal. Hər gün iki məşq keçirik. Hələlik Bakıdayıq. Sabah isə Avstriyaya yola düşəcəyik. Hazırlığımızın əsas hissəsi də orda baş tutacaq.
- Çempionlar Liqasındakı çıxışınızın necə olacağı da məhz bu hazırlıqdan asılı olacaq?
- Şübhəsiz ki, hər belə hazırlıq prosesi komandanın gələcək uğurlarının əsas açarlarından hesab olunur. Avstriyada bir neçə yoxlama matçının keçirilməsi də planlaşdırılır.
- Şübhəsiz ki, hər belə hazırlıq prosesi komandanın gələcək uğurlarının əsas açarlarından hesab olunur. Avstriyada bir neçə yoxlama matçının keçirilməsi də planlaşdırılır.
- Yeri gəlmişkən, çətin sınaq öncəsi komanda sadəcə serbiyalı qapıçı ilə güclənib. Siz bunu yetərli hesab edirsiz?
- Çempion heyəti niyə dəyişməliydik ki? Bizdə onsuz da yaxşı komanda var. Bizə başqa heç kim lazım deyil.
- Çempion heyəti niyə dəyişməliydik ki? Bizdə onsuz da yaxşı komanda var. Bizə başqa heç kim lazım deyil.
- Hətta yeni aldığınız qapıçı da?
- Əgər onu götürmüşüksə, deməli, lazımdı. Yaxşı qapıçıya oxşayır. Amma onun nə dərəcədə usta qapıçı olduğunu gələcək oyunlar göstərəcək.
- Bəs ÇL-dəki rəqibiniz olan Zaqreb “Dinamo”sunu necə dəyərləndirərdiz?
- Mən eşitmişəm ki, Zaqreb “Dinamo”su əvvəllər daha sürətli imiş. İndi hələlik bu komanda barədə xüsusi məlumata malik deyiləm. Amma buna baxmayaraq, Xorvatiya çempionunu mübarizədən kənarlaşdırmaq üçün böyük istəyimiz var.

- Rəqibinizi cütün aşkar favoriti saymaq olar?
- Qoy hamı belə hesab etsin. Kimin güclü olduğunu, növbəti mərhələyə adladığını zaman göstərəcək. Bizə Zaqrebdə qol buraxmamaq lazımdı. Belədə Bakıda işimiz daha yüngül olacaq.
- Qoy hamı belə hesab etsin. Kimin güclü olduğunu, növbəti mərhələyə adladığını zaman göstərəcək. Bizə Zaqrebdə qol buraxmamaq lazımdı. Belədə Bakıda işimiz daha yüngül olacaq.
- Bakıda isə qol vurmaq lazım gələcək. Əgər komandanın əsas forvardı Bahodir Nasimov bu il hələ bir dəfə də qol vura bilməyibsə, bunu kim edəcək?
- Bahodir Nasimov hazırlığın ilk günündən etibarən bizimlə birgə çalışır. Fikrimcə, ilk oyuna kimi hər şey qaydasında olacaq. Digər tərəfdən “Neftçi”də heç də ancaq özbəkistanlı futbolçu qol vurmur.