29 iyun 2011 12:23
Arsenal - Qəbələ oyunu baş tutmayacaq
“Qəbələ”nin İngiltərədə (18-28 iyul) keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı komandaların siyahısında bəzi yeniliklər edilib. Azerisport.az xəbər verir ki, daha əvvəl iyulun 26-da “Arsenal”ın əvəzedici heyəti ilə yoxlama oyununda üz-üzə gəlmək planlaşdırılsa da, londonluları digər İngiltərə təmsilçisi “Hayes&Yeading” klubu əvəzləyəcək.
İyulun 23-ü isə “Qəbələ” yeni sınaqçı rəqiblə - “Bishop Stortford”la münasibətlərinə aydınlıq gətirəcək. Əyalət təmsilçisinin matç qrafiki aşağıdakı kimidi:
20 iyul – “Barnet”
23 iyul – “Bishop Stortford”
24 iyul – “Saint Albans”
26 iyul – “Hayes&Yeading”
27 iyul – “Luton Town”
