29 iyun 2011 12:51
Xəzər Lənkəran`ın rəqibi üçün 19 yaşlı forvard (FOTO)
UEFA Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” klubu hazırlıqlarını davam etdirməklə yanaşı heyətini də gücləndirməkdədi. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisi növbəti transferini rəsmiləşdirərək ictimaiyyətə açıqlayıb.
Bu, gənc hücumçu Mons Dabordu. 19 yaşlı forvardın Avropa Liqasının oyunlarına sifariş olunması planlaşdırılır. Belə olan halda gözləmək olar ki, Dabor bu komandanın heyətində ilk rəsmi matçına elə məhz Azərbaycan klubu ilə görüşdə çıxsın.
