30 iyun 2011 01:14
Qurbanov: İnanıram ki, oyun komandamıza sərf edən nəticə ilə bitəcək
Avropa Liqasının sabah baş tutacaq birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə ilk oyunu öncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, mətbuatın verdiyi suallara əsasən Qurbanov komandası və rəqib haqqında bunları dilə gətirib:
“Komandamız oyuna plana uyğun şəkildə, ciddi hazırlaşıb və düşünürəm ki, oyun hər iki tərəf üçün çətin keçəcək. Meydançanın süni olmasının bizə elə də önəmi yoxdu, çünki süni meydançada futbolçularım necə oynamağı bilirlər. Heyətdə keçən illə müqayisədə dəyişiklik elə də böyük deyil və demək olar ki əsas “onurğa sütunu”nu saxlaya bilmişik. Rəqibimiz gənc, dinamik rəqibdi və ən əsası baş məşqçisi tanınmış, təcrübəli bir mütəxəssisdi. Amma oyunun nəticəsinə gəlincə konkret bir hesab deməyəcəm. Sadəcə inanıram ki, oyun komandamıza sərf edən nəticə ilə bitəcək”.