30 iyun 2011 01:15
Qarabağ Litvada son məşqinə bir itki ilə çıxdı
“Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk görüşü öncəsi Litvada son məşqini edib. Azerisport.az xəbər verir ki, dünən yerli vaxtla 17:45-də start götürən məşq iki 10 dəqiqə olmaqla iki tərəfli oyunla başa çatıb.
Bütün heyətin qoşulduğu məşqdə yalnız Əfran fərdi məşqlə kifayətlənib. Artıq xəbər verdiyimiz kimi, İsmayılov Qarqjdaydakı görüşdə iştirak edə bilməyəcək.
